Çeçenistanını paytaxtı Qroznıda "Qafqaz dialoqu 2016” adlı beynəlxalq forum keçirilib. sabahinfo.az-ın məlumatına görə, Forumda Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Cənubi Osetiydan olan politoloqlar, jurnalistlər, elmi işçilər, ictimai – siyasi təşkilatların nümayəndələri iştirak ediblər. Forumun birinci günündə "Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı dəyirmi masa keçirilib. Dəyirmi masanın moderatoru qismində çıxış edən Serqey Markedonov münaqişənin tezliklə həll olunmasının vacibliyindən danışıb.
VAK-n Moskva üzrə icraçı direktoru Şamil Tağıyev ermənilərin əsrlər boyu xalqımıza qarsı törətdikləri qırğınlara nəzər salıb. Eyni zamanda Azərbaycanda Ermənistandan fərqli minlərlə erməninin yaşamasını qeyd edib.
"Novosti- Azerbaycan» portalının jurnalisti Nicat Hacıyev isə Xocalı soyqırımı haqda məlumat verib.
Rusiyanın Kirov şəhərində yaşayan Azəbaycan fondunun prezidenti Elnur Hüseynov Ermənistan SSR-də yaşamış azərbaycanlıların deportasiya olunmasını xüsusi qeyd edib.