Azəri Günel nişanlanıb

Uşaqlıq illərindən ailəsi ilə birlikdə Türkiyədə yaşayan və fəaliyyət göstərən müğənni Azəri Günel Zeynalova nişanlanıb. 

sabahinfo.Az xəbər verir ki, bu barədə "ATV maqazin onlarla” verilişində məlumat verilib. O, bir neçə müddətdir sevgili olduğu Cem Ozan Torunlarilə ailə həyatı qurmağa hazırlaşır.

Azəri Günel Zeynalova müsahibəsində Türkiyə telekanallarından birində aparıcılıq edəcəyini də vurğulayıb:

"Verilişdə həm azərbaycanlı, həm də türk müğənnilər çıxış edəcək. İlk qonağımın İbrahim Tatlısəs olmasını istəyirəm. Lakin İbrahim bəy səhhəti ilə bağlı verilişlərdə iştirak edə bilmədiyinə görə Sibel Canı dəvət edəcəyəm”.