Bakı-Gəncə sürət qatarı işə salındı

Bu gün Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınıb.

Sabahinfo.az xəbər verir ki, qatarın ilk sərnişinləri arasında media nümayəndələri, millət vəkilləri və incəsənət xadimləri də var.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir.

Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır.