Bakıda daha bir yol təmirə bağlanır

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması çərçivəsində Mirzəağa Əliyev küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti 31 mart tarixindən etibarən məhdudlaşdırılacaq.

Bu barədə"Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq.