İyul ayının 10-dan etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "Yeni Həyat” Humanitar və Sosial Dayaqİctimai Birliyinin tərəfdaşlığı ilə Bakı şəhərində "Vətən mənə oğul desə” adlı gənclər arasında cüdo yarışı layihəsinin icrasına start verilib.
Layihənin əsas məqsədi psixoloji və fiziki cəhətdən hazırlıqlı, istedadlı gənclər arasında keçiriləcək cüdo yarışlarının fonunda onlara Vətənpərvərlik ruhunu aşılamaq, Azərbaycançılıq məfkürəsini təlqin etmək, işğal altında olan torpaqlarımızı xatırlatmaqdan ibarətdir. Bakı şəhərində yaşayan 14- 25 yaşlı cüdoçu gənclərdən ibarət yarış komandası peşəkar idmançı-məşqçilər tərəfindən seçiləcək.
Layihə çərçivəsində cüdoçu gənclər arasında vətənpərvərlik hissi təbliğ edən idman yarışı keçirilməsi nəzərdə tutulmuşdur. Yarışa peşəkar idmançılar hakimlik edəcək və əvvəlləraktivində müəyyən nəticələri olan gənc cüdoçular təmsil olunacaq. Baner, bukletlər, köynək-papaq dəsti hazırlanması, həmçinin dövlət atributlarından olan kiçikölçülü bayraqların gənclərə paylanacağı planlaşdırılır.
Geniş ictimaiyyəti layihə haqqında məlumatlandırmaq üçün hazırlanmış press-relizlərin KİV-ə, müvafiq dövlət, beynəlxalq təşkilatlara və QHT-lərə yayılması işləri yerinə yetiriləcəkdir.
Qeyd edək ki, layihənin müddəti üç aydır.