""Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu ilə qədər olan dövrü əhatə edir”.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar BayramovModern.az-ın sorğusuna cavab olaraq bildirib.
"Respublikanın aidiyyatı dövlət orqanları ilə razılaşdırıldıqdan sonra geniş ictimai müzakirəyə çıxarılıb və təqdimatı keçirilib. Komitənin 2 dekabr 2014-cü il tarixli 02/03-1399 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub”.
Bakının ilk Baş Planı1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.
Bakı Şəhər İcra Hakimiyyətinin bununla əlaqədar yaydığı açıqlamadabildirilirdi ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb. Bu səbəbdən də Baş Plan yenidən hazırlanıb.