"Yuventus"un müdafiəçisi Andrea Bardzali İtaliya millisinə Lixtenşteyn və Almaniya ilə oyunlarda kömək edə bilməyəcək.
sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu "Chievo" ilə oyunun 5-ci dəqiqəsində uğursuz şəkildə yıxılaraq çiynini çıxarıb. Dərhal xəstəxanaya çatdırılan Bardzaliyə tibbi yardım göstərilib. Artıq onun əvəzinə "scuadra azrrura"nın heyətinə Davide Astori dəvət alıb.