Ötən gün gecə saatlarında Ermənistanda İcevandakı hərbi hissələrdən birinin kazarmasında həqiqi hərbi xidmətə çağırılan Ohanes Petrosyanın meyiti aşkarlanıb.
Bu barədə ölkənin Baş İstintaq Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, əsgər başından güllə yarası alıb.
Hazırda Ohanes Petrosyanın ölmünün səbəbi araşdırılır.
Qeyd edək ki, aprelin 25-dən 26-na keçən gecə baş verən atışmalarda Ermənistan ordusunun 2 hərbi qulluqçusu – Tiqran Poqosyan (1992-ci il) və N.Aruşanyan (1972-ci il) öldürülüb. Fakt Ermənistanın Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.