Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 29 oktyabr - Cumhuriyyətin qurulmasının 93-cü ildönümü münasibətilə Prezident sarayında qonaqları qəbul edib.
Qafqazinfo-nun "Hurriyet"ə istinadən verdiyi məlumata görə, dövlət rəsmilərinin qatıldığı tədbirdə MHP sədri Dövlət Baxçalı da iştirak edib.
Prezidentlə görüşüb söhbət edən Baxçalının Ərdoğanın təşkil etdiyi bu cür tədbirə ilk dəfə qatıldığı bildirilir.