Siyasətçinin ürəyində zədələnmiş aorta qapağı dəyişdiriləcək.
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni gələn həftənin ortalarında ürəyindən əməliyyat keçirəcək.
sabahinfo.az xəbər verir ki, bu barədə siyasətçinin şəxsi həkimi Alberto Canqrillo iyunun 9-da xüsusi mətbuat konfransı zamanı bildirib.
Əməliyyat zamanı Berluskoninin ürəyində zədələnmiş aorta qapağı dəyişdiriləcək.
Qeyd edək ki, 4 dəfə İtaliyanın baş naziri olmuş 79 yaşlı Silvio Berluskoni iyunun 7-də xəstəxanaya yerləşdirilib.