Binali Yıldırım və Əhməd Davudoğlu arasında görüş olub

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binali Yıldırım və baş nazir Əhməd Davudoğlu arasında görüş olub.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, görüş təxminən saat yarım davam edib.
 
Baş nazirlik qaynaqlarından alınan məlumata görə, görüş zamanı təhvil-təslimdən öncə hökumətin ümumi işi və davam edən proseslər üzərində məsləhətləşmələr aparılıb.
 
Görüşün ardından Binali Yıldırım AKP-nın baş qərargahına yollanıb.sabahinfo.az