Bu ölkə BMT-dən çıxa bilər - BƏYANAT

Filippin prezidenti Rodriqo Duterte ölkəsinin BMT-dən çıxa biləcəyini bəyan edib.

 

APA-nın "Reuters’ agentliyinə istinadən verdiyi məlumata görə, R. Duterte deyib ki, BMT-nin Filippində polisin narkotacirlərlə mübarizə çərçivəsində keçirdiyi reydlər nəticəsində ölüm hallarının baş verməsi barədə tənqidlərinə cavab olaraq ölkəsi BMT-dən çıxa bilər.

 

Xatırladaq ki, avqustun 18-də BMT-nin insan hüquqları sahəsində ekspertləri Filippin hakimiyyətini məhkəmə prosesi olmadan şübhəlilərin öldürülməsi və edamını dayandırmağa çağırıb. polisin fəaliyyəti ilə bağlı olmadığını bildirən R. Duterte isə Ölümlər polisin fəaliyyəti ilə bağlı olmadığını bildirib və BMT-ni baş verənlərlə bağlı hərtərəfli araşdırma aparmağa çağırıb. Filippin prezidentiBMT-ni və ölkəsinin yaxın müttəfiqi ABŞ-ı tənqid edib, BMT-nin öz funksiyalarını yerinə yetirmədiyini vurğulayıb: "Sizi təhqir etmək istəmirəm. Ancaq mümkündür ki, sadəcə, biz BMT-dən ayrılaq.  Nə üçün biz bu axmaqlara qulaq asmalıyıq?”.

 

 R. Duterte Çin və digər ölkələrin iştirakı ilə alternativ beynəlxalq təşkilat yaradılmasının mümkün olduğunu da qeyd edib.

 

Xatırladaq ki, R. Duterte Filippində narkomanlar və narkotacirlərə qarşı geniş miqyaslı mübarizənin tərəfdarıdır. O, hakimiyyətə gəldikdən sonra ölkədə 900 narkoman və narkotacir öldürülüb.