Cavid Qurbanovu hədəf alanlara bir neçə söz...

Xaricdə oturub özlərini demokratik adlandıran qüvvələr Azərbcanda siyasi-ictimai sahədə parlaq olan insanalar barəsində qərəzli məlumatlar yayırlar. İnternet imkanlarının yaratdığı şəraitdən istifadə edən bu tip insanların əsas məqsədi xarici havadarlarının maraq və istəklərindən çıxış etmək, bu yolla müəyyən məqsədlərə nail olmaqdır. Ancaq Azərbaycan cəmiyyəti kimin-kim olduğunu yaxşı bilir. Hamı-hamını tanıyır. Söhbət "Azərbaycan Dəmir Yolları QSC”-nin "hədəfdə”  olan sədri Cavid Qurbanovdan gedir. Bir sıra yalan dolu informasiyalarla Cavid Qurbanovu gözdən salmağa çalışırlar. Bir məqamı əsas götürüb (hansıki bu məqamların da kökü havadan asılı vəziyyətdədir) eyni mövzu ətrafında çirkin kompaniya davam etdirilir. 

Cavid Qurbanov kimdir? 

Mən cavid Qurbanovu Milli Məclisdən tanıyıram. Milli Məclisin parlament müxbiri kimi onun təmsil etdiyi dairədən olan insanlara necə yaxşılıq etməsi, onların problemləri ilə maraqlanıb və bu problemlərin həllinə nail olan birisi olduğunu yaxşı bilirəm. Üstəlik Cavid Qurbanov bəziləri kimi etdikləri yaxşılıqları reklam etməyi sevən insan deyil. Mən özüm bilirəm ki, öz seçicisindən əlavə hansı bölgədə və kim olmasından asılı olmayaraq ona müraciət edənlər heç zaman əli boş geri qayıtmayıb. Gələk "Azərbaycan Dəmir Yolları”  QSC-yə.  Sözügedən QSC Cavid Qurbanovdan öncə hansı durumda olduğu, bu sahəyə bilavasitə məsul olan şəxslərin yarıtmaz fəaliyyəti dəmir yolları ilə bağlı mənfi fikir formalaşdırmışdı. Özüm də bunun canlı şahidiyəm. Bakı-Xudat istiqamətində hərəkət edən elektrik qatarından istifadə edirdim. Həm şüşələrin olmaması, həm ayaqyolunun üfunətli qoxusu bu sahədə olan problemləri qabarıq şəkildə büruzə edirdi. Və Cavid Qurbanovun bu sahəyə rəhbərlik etməsindən sonra dəyişən vəziyyət ilk öncə bu sahədə çalışan 20 mindən çox insanın əmək haqqları əhəmiyyətli dərəcədə artırıldı və işçilər illərdir ala bilmədikləri əlavələri artıqlaması ilə almağa başladılar. Daha sonra dəmir yollarının maddi-texniki bazası yaxşılaşdırıldı. Yeni vaqonların xəttə buraxılması, dəmir yollarında olan nöqsanların aradan qaldırılması bu sahədə olan göstəriciləri müsbət istiqamətdə dəyişməsinə səbəb oldu. Və beynəlxalq layihələr. Cavid Qurbanovun həyata keçirdiyi beynəlxalq layihələr Azərbaycanın dəmir yolları ilə yanaşı iqtisadi, mədəni əlaqələrin daha da inkişafını özündə biruzə etdi. Dəmir yolunun inkişafından danışarkən Bakı-Tiblisi-Qars dəmir yolu barədə danışmasaq ədalətli mövqe sərgiləşəmiş olarıq.  Bu layihə dövlət başçısı Cənab Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallaşıb. Cənab prezidentin tapşırıq və tövsiyyələrinə ciddi əməl edən Cavid Qurvanovun gərgin əməyi nəticəsində artıq beynəlxalq əhəmiyyətli layihə öz fəaliyyətinə başlayıb.  Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 400 min ton yük daşınıb. Bəzi əngəllərə baxmayaraq hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir. Qazaxıstan tərəfi ilə bu sahədə işlər aparılır və bunun nəticəsi olaraq əlavə 500-600 min tonun cəlb etmək mümkün olacaq.  Bakı dairəvi yolu da dəmir yolunda inqilabın əsasını qoyan layihələrdəndir. Bu yol uzun illərdir ki, işləmirdi. Son 25 ildə sadəcə 5-10 elektrik qatarı var idi ki, onlar da 40 ildən çox idi işləyirdi və istismar müddəti çoxdan bitmişdi. Hazırda bu dəmir yolu yenidən istifadəyə verilib. Yan yolları ilə birlikdə bu yolun ümumi uzunluğu 200 kilometrə yaxındır. Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır.

Eyni zamanda Bakı -Gəncə dəmir yolunda yaradılan imkanlar dəmir yolundan istifadə edən sərnişinlər tərəfindən yüksək dəyərləndirilir. 4 saata Bakıdan Gəncədə olan qatar yaxın gələcəkdə bu yolu 3 saata qət edəcək ki, bu göstəricilər yuxarıda söylədiyimiz fikirlərin təzahürüdür.

Sonda onu qeyd edim. Cavid Qurbanovla şəxsi tanışlığım yoxdur. QSC sədrindən nə suyum, nə çörəyim gəlmir. Ancaq onu deyim ki, Cavid Qurbanova atılan camurlar ona yapışmır. Cızdığı siyasi xətt, gördüyü işlər və əldə olunan nəticələr buna imkan vermir.

Ədil Ədilzadə
SABAHİNFO.AZ saytının baş redaktoru