"Bu yaxınlarda “İdrak” liseyində bir hadisənin, ağır cinayətin şahidi olduq. Mətbuatdan oxuduq ki, lisey rəhbərliyi bilirmiş ki, həmin uşaq zorakılığa meyilli uşaqdır və zorakılığı təbliğ edən materialları digər uşaqlara da yayır".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
"Rəhbərlik bildirib ki, biz bu barədə valideynlərinə məlumat vermişdik. Bəs niyə aşağıda təhlükəsizlik xidmətinin əməkdaşlarına məlumat verilməyib ki, həmin uşağı xüsusi olaraq yoxlasınlar. Görüntülərdən uşağın çiynində silahla liseyə daxil olanda bilinir ki, məktəbli çantası deyil. Amma təhülkəsizlik xidmətinin iki əməkdaşı heç buna əhəmiyyət də vermir, dayanıb söhbət edirlər. Bu, bullinqdir. Gələcəkdə bu uşaqlar potensial cinayətkar olurlar. Ona görə də ilk növbədə valideynə məlumat verilirsə və tədbir görülmürsə, bu barədə mütləq polisə məlumat verilməlidir. Onların xüsusi siyahısı tutulmalı və nəzarət olunmalıdır”, - deyə deputat bildirib.