Avropa İttifaqı (Aİ) Türkiyəni öz sıralarına daxil etməlidir, çünki təşkilatın sərhədlərinin genişlənməsi yalnız Türkiyə deyil, həm də Aİ-nin özünün marağındadır.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyəli nazir daha sonra əlavə edib: "Bu gün Türkiyə terrorizmlə mübarizə aparır ki, bu da Aİ-nin marağındadır".
M.Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyə Aİ-dən bütün terror təşkilatlarına, xüsusən PKK terror təşkilatı və Fətulla Gülən hərəkatına qarşı mübarizədə lazımi dəstəyi tələb edir.