Cəmil Həsənli gəlmədi, mitinq başa çatdı - YENİLƏNİB

Milli Şura adlı müxalif qrup Bakıda növbəti dəfə mitinqə toplaşıb.

Sabahinfo.az xəbər verir ki, aksiya Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə "Məhsul" stadionunda keçirilib.

"Məhsul"a gələnlərin sayı ötən mitinqlərlə müqayisədə xeyli az, təxminən 1000 nəfərə yaxın olub. Milli Şuranın sədri Cəmil Həsənli mitinqə qatılmayıb.

Mitinq zamanı bəzi cəbhəçilər təxribatçı şüarlar səsləndirməyə çalışıblar. Polis əməkdaşları AXCP fəalı İlham Hüseynə qeyri-etik şüara görə xəbərdarlıq edib. Buna görə cəbhəçilərdən biri polisin ünvanına təhqiramiz söz işləyib.

Müxaliflər mitinqi vaxtından tez tərk etməyə başlayıblar. Çıxışlardan sonra mitinqin başa çatdığı elan edilib.

Qeyd edək ki, bundan öncəki aksiyalarda olduğu kimi müxalifət partiyaları Milli Şuranın mitinqinə dəstək verməyib.(azvision.az)