Matç Sent-Etyen şəhərinin "Jeffrua-Qişar” stadionunda keçirilib.
Fransada keçirilən futbol üzrə Avropa çempionatının növbəti oyununda Xorvatiya və Çexiya yığmaları qarşılaşıb.
sabahinfo.az xəbər verir ki, Sent-Etyen şəhərinin "Jeffrua-Qişar” stadionunda keçirilən matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.
37-ci dəqiqədə İvan Perişiç komandasını hesabda irəli çıxarıb. Matçın 59-cu dəqiqəsində Xorvatiya hesabı 2:0-a çatdırıb. Bu dəfə İvan Rakitiç fərqlənib.
Lakin Çexiya millisi bu hesabla barışmayıb. Pavel Vrbanın yetirmələri oyunun 76-cı dəqiqəsində Milan Skod, hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə isə Tomas Necidin 11 metrlik zərbədən vurduğu qollarla oyunda bərabərlik yaradıblar.