"Bank VTB (Azərbaycan)” müştərilərinə manatla kreditlərin verilməsini dayandırıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, hazırda bankdan nağd pul kreditini illik 24%-lə, 3 il müddətinə götürmək mümkündür.
Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra "Bank VTB (Azərbaycan)” müştərilərinə milli valyutada kredit ayıran azsaylı banklardan biri idi. Bank manatla kreditləri illik 28%-lə, 3 il müddətinə verirdi. Lakin görünür ki, ölkədə dollarlaşma prosesinin güclənməsi "Bank VTB (Azərbaycan)”ı kredit şərtlərinə yenidən baxmağa, risklərini azaltmaq üçün manatdan imtina etməyə vadar edib.