"Atamla bağlı bəzi qaranlıq məqamlara cavab tapmışıq. Kimin kim olduğunu indi daha yaxşı bilirəm”.
Bu sözləriModern.az-a 4 ilə yaxındır erməni girovluğunda saxlanılan Dilqəm əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
K.Əsgərov detalları açıqlamaq istəməyib:
"Müəyyən məsələlər var, onların dəqiqləşməsini gözləyirik. İnşallah Dilqəm və Şahbaz özü girovluqdan qayıtdıqdan sonra həqiqəti hər kəs öyrənəcək”.
O, ATƏT-in Varşava sammitindəki çıxışından da bəhs edib:
2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.