İyunun 4-ü ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar bahalaşıb, avro isə ucuzlaşıb.
Sabahinfo.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyunun 5-ə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0482 (iyunun 4-ü 1.0479) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1751 (iyunun 4-ü 1.1808) manat olub.