Dollar bahalaşıb, avro isə ucuzlaşıb

Mayın 18-i ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar bahalaşıb, avro isə ucuzlaşıb.

Sabahinfo.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, mayın 19-a olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0477 (mayın 18-i 1.0471) manat səviyyəsində müəyyən edilib.

Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1842 (mayın 18-i 1.1969) manat olub.