Mayın 19-u ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar bahalaşıb, avro isə ucuzlaşıb.
Sabahinfo.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, mayın 20-ə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0485 (mayın 19-u 1.0477) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1680 (mayın 19-u 1.1842) manat olub.