Dolların və avronun məzənnəsi dəyişdi

İyunun 9-u ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar bahalaşıb, avro isə ucuzlaşıb.

Sabahinfo.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyunun 10-a olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0478 (iyunun 9-u 1.0476) manat səviyyəsində müəyyən edilib.

Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1820 (iyunun 9-u 1.1858) manat olub.