Analtiklər "qara qızıl”ın qiymətinin 40 dollara doğru enəcəyini proqnoz edir.
Dünya bazarında neftin qiyməti ucuzlaşır.
sabahinfo.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,61% azalaraq bir barelə görə 47,08 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59% aşağı enərək 45,41 dollar təşkil edib.
Qeyd edək ki, analtiklər neftin qiymətinin tələbin azlığı və təklifin çoxluğu səbəbi ilə yenidən 40 dollara doğru enə biləcəyini proqnoz edir.