Gürcüstan Daxili İşlər Nazirliyi dünya ölkələrində 325 gürcü mənşəli "qanuni oğru” olduğunu açıqlayıb.
Modern.azGürcüstan KİV-nə istinadən xəbər verir ki, onların əksəriyyəti postsovet ölkələri və Avropa Birliyi ərazisində yaşayırlar.
Onların çox az qismi Gürcüstan həbsxanalarında saxlanılır və qanunsuz cinayət fəaliyyətlərini davam etdirir.