Belarus Ukrayna diplomatlarını ölkədən qovur

Belarusdakı Ukrayna diplomatlarının sayı azaldılacaq və onlar ölkəni 72 saat ərzində tərk etməlidirlər.

Axar.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan başqa Belarus Brestdəki Ukrayna konsulluğunu da bağlayır.

Bundan sonra Ukraynanın Belasurdakı səfirliyində səfir də daxil olmaqla, 5 nəfər fəaliyyət göstərəcək.