Belaruslu sevgilisini məhkəməyə verdi

İtaliyalı zadəgan Belarusdan olan məşuqəsini fırıldaqçılıq və israfçılığa görə məhkəməyə vermək qərarına gəlib. 51 yaşlı şahzadə Cakomo Bonanno di Linquaqlossa 35 yaşlı Tatyana Yaşçenkonu dələduzluq yoluyla ondan pul və ümumi dəyəri təxminən bir milyon avroya çatan dəbdəbəli hədiyyələr almaqda ittiham edib.

Xarici mətbuatın məlumatına görə, cütlük 2019-cu ilin dekabrından görüşməyə başlayıb. Bildirilib ki, şahzadə öz sevgilisinə zinət əşyaları, 83 min avroya “Mercedes” markalı avtomobil alıb. Həmçinin onun Romadakı kirayəsi 18 min avro olan mənzilinin pulunu ödəyib.

Bundan əlavə, zadəgan belaruslu qadınının gündəlik məsrəflərini və səyahətlər zamanaı bütün xərclərini qarşılayıb.