Amerikalı ravvin Mixael Lerner Məhəmməd Əli ilə vida mərasimində Türkiyənin ünvanına sərt sözlər işlədib.
sabahinfo.az xəbər verir ki, dünyada milyonlarla insanın izlədiyi, 15 min nəfərin iştirak etdiyi mərasimdə çıxış edən Lerner kürd məsələsi ilə bağlı Türkiyəni tənqid edib. O, Türkiyə liderlərini kürdləri öldürməkdə ittiham edib:
"Dövlət başçılarına deyin ki, işgəncə verməkdən əl çəksinlər. Gücdən istifadə edən siyasətçilərə müharibəyə "dur” deyin. Türkiyə liderlərinə deyin ki, artıq kürdləri öldürməsinlər”.
Amerikalı ravvin həmçinin Fələstin olaylarına görə İsrail hökumətini də tənqid edib.
Qeyd edək ki, iyunun 3-də vəfat edən məşhur boksçu Məhəmməd Əli dünən torpağa tapşırılıb.