2017-ci ilin yanvar-mart aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 min 998 nəfər artaraq 699 min 287 nəfər olub.
Bakı Şəhər Statistika İdarəsindənAPA-ya verilən məlumata görə, I rübdə ötən ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 7,4% artaraq 763,9 manata çatıb.
Hesabat dövrü üzrə siyahı tərkibində olan işçilərin sayı və işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunur:
2017-ci ilin yanvar-mart aylarında siyahı tərkibində olan işçilərin sayı (nəfərlə) | 2017-ci ilin yanvar-mart aylarında orta aylıq nominal əmək haqqı (manat) | |
Bakı şəhəri - cəmi*) | 699 287 | 763,9 |
o cümlədən rayonlar: | ||
Binəqədi | 45330 | 425,0 |
Xətai | 61751 | 817,5 |
Xəzər | 28930 | 626,3 |
Qaradağ | 25352 | 981,7 |
Nərimanov | 70148 | 486,2 |
Nəsimi | 151342 | 600,8 |
Nizami | 41820 | 638,2 |
Pirallahı | 7669 | 1 393,8 |
Sabunçu | 26475 | 479,8 |
Səbail | 118895 | 1 417,1 |
Suraxanı | 19 507 | 579,6 |
Yasamal | 102 068 | 641,3 |