"Türk demokratiyasının deyil, qiyamçıların aqibətindən narahatlıq keçirənlər bizim dostumuz deyil”.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"İndi bəziləri bizə ağıl verir Qərbdən. Deyirlər ki, narahat olublar. Öz işinizlə məşğul olun! Öz davranışınıza fikir verin”, deyə Ərdoğan bildirib.
O qeyd edib ki, 15 iyul çevrilişinə cəhddən sonra heç bir Qərb dövlətinin nümayəndəsi Türkiyəyə işgüzar səfər etməyib.