Ərdoğan: “Türkiyə bir ildə 7600 PKK üzvü məhv etdi”

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları  2015-ci ilin iyulundan bəri 7600 PKK üzvünü məhv ediblər. APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Qeyd olunan dövr ərzində 480-dan çox hərbçi və polis əməkdaşı həlak olub.  

 

Türkiyə Baş Qərargahı bundan əvvəl 5 minədək silahlının öldürüldüyünü bildirmişdi.  

 

"Təhlükəsizlik qüvvələrimiz 2015-ci ilin iyulun 20-dən bəri ölkənin daxilində və xaricində 7600 terrorçunu məhv edib. PKK separatçı terror təşkilatı tarixində ən böyük məğlubiyyətə uğrayıb”, - deyə Ərdoğan PKK ilə döyüşlərdə həlak olan hərbçilərin ailə üzvləri ilə görüşündə bildirib.