ERMƏNİ GƏNCLƏR ORDUDAN NİYƏ YAYINIR ? - POLKOVNİKDƏN İZAH

"Erməni tələbə gənclərin hərbi xidmətdən kütləvi şəkildə yayınması buvaxtadək baş verənlərin indi daha aydın və konkret müstəvidə inikasıdır".

Sabahinfo.az xbər verir ki, bu sözləri"Sherg.az"a ehtiyatda olan polkovnik-leytenant, əməkdar jurnalist, hərbi ekspert İbrahim Rüstəmli deyib.

O qeyd edib ki, Ermənistanda dinc əhali hər sahədə olduğu kimi, ordu müstəvisində də Sarkisyan iqtidarına etimadını tamamilə itirib:

"Hərbi xidmətə göndərilənlərin çoxsaylı müəmmalı qətli, qarşılıqlı münasibətlərdə əxlaq normalarına sığmayan neqativlər, xüsusilə, İrəvan ermənilərilə Qarabağ erməniləri arasında izlənilən kəskin ayrı-seçkilik prosesin daha aktiv fazada davam edəcəyinə ümidləri artırır. Bu sırada əsl vətənpərvərlik, mütəşəkkilik və ciddi nizam-intizam sərgiləyən Azərbaycan Ordusunun oynadığı əvəzsiz rol danılmazdır.

Əgər Ermənistan əhalisi arasında ordu - ətçəkən maşın obrazında aparıcı ictimai rəy kimi formalaşıbsa, Azərbaycanda bunun tamamilə əksi müşahidə olunur: xalq öz ordusunu xilaskar qismində görür və övladlarını hərbi xidmətə göndərməkdən qürur duyur.

Nisbətin nəzərəçarpacaq dərəcədə xeyrimizə dəyişməsi, həm də son vaxtlar ordu quruculuğu sahəsində aparılan ciddi kadr islahatlarının nəticəsidir. Bu islahatlar daha böyük təsir dairəsini əhatə eməkdə iddialıdır. Ermənistan ordusunun ideya və ideal baxımından tərk-silah olunması isə gələcək qələbələrimizin ilk müjdəçisidir…"