Ermənini selfi öldürdü

Ermənistanın paytaxtı İrəvanda 16 yaşlı qız selfi çəkdirmək həvəsinin qurbanı olub.
sabahinfo.az anspress-ə istinadən xəbər verir ki, pəncərənin qabağında dayanıb şəkil çəkdirmək istən qız 7-ci mərtəbədən yıxılıb. Gənc qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Baş verən hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub, istintaq aparılır.
 
Ötən ilin yanvarında Rusiyada məktəbli qız şəkil çəkdirən vaxt 8-ci mərtəbədən yıxılıb.
 
Məktəbli qız 6-cı sinif şagirdi olub. O öz evlərində rəfiqəsi ilə birlikdə olub. Şəkil çəkdirmək istəyən qız pəncərəni açıb və pəncərəaltının üstünə çıxıb. Elə bu vaxt məktəbli müvazinətini itirib və 8-ci mərtəbədən yıxılaraq ölüb. Hadisə dünən - yanvarın 27-də olub.
 
Elə eyni ayda Rusiyada buna bənzər daha bir hadisə olub. Sərxoş bir kişi yaxınlaşan qatarla "selfie" çəkdirmək istəyib. Maşinist qatarı saxlamağı çatdırmayıb və həmin adam qatarın altında qalaraq ölüb.

Son zamanlar sosial şəbəkə saytlarında "selfie" (şəxsin özünü çəkdiyi) şəkilləri paylaşmaq dəb halını alıb. Bu dəbin bütün dünyada geniş yayılması psixoloqları da bu barədə düşünməyə vadar edib. Amerikan Psixoloqlar Dərnəyi rəsmi olaraq "selfie"nin və bu şəkilləri sosial şəbəkədə paylaşmağın "Selfie xəstəlikdir"
olduğunu açıqlayıb.
 
Psixoloqlar bu xəstəliyin hələ müalicəsi olmadığını, lakin idrak davranış terapiyası ilə müvəqqəti bir müalicə edilə biləcəyini vurğulayıb.