Balıq və ət kimi məhsullar ölkə əhalisinin 33%-i üçün əlçatmazdır.
Ermənistan əhalisinin 15%-nin yemək rasionu çörək və kartofdan ibarətdir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Cənubi Qafqaz regionunda milli strategiyalar və kiçik fermer istehsalatları sayəsində ərzaq təhlükəsizliyinin yüksəldilməsi" proqramı çərçivəsində "Oksfam" beynəlxalq təşkilatının Ermənistan və Gürcüstanda tədqiqat aparan müəllifləri bu qənaətə gəliblər.
sabahinfo.az bu barədə news.am-a istinadən xəbər verir.
"Oksfam"ın erməni ofisinin direktoru Marqarita Akopyan qeyd edib ki, tədqiqatda, həmçinin balıq və ət kimi məhsulların qiyməti baha olması səbəbindən ölkə əhalisinin 33%-i üçün əlçatmaz olması bildirilir.
Eyni şeyi elə meyvə və tərəvəz haqqında da demək olar. Tədqiqata görə, Ermənistanda yaşayan əhalinin 1,8-65,4%-i üçün bu ərzaq əlçatmazdır. Qış aylarında isə kəndə, yüksək dağlıq və sərhədyanı ərazilərin sakinlərinin, hətta 95%-i üçün meyvə və tərəvəzlər əlçatmaz ərzağa çevrilir.
Marqarita Akopyanın sözlərinə görə, Ermənistanda qidalanma ilə əlaqədar iki əsas problemi qeyd etmək olar. Birincisi, bəzi ərzaq çox bahadır, bu səbədən də çoxları bunları ala bilmir. İkincisi, insanların çoxu həm böyüklər, həm də uşaqar üçün hansı qidanın daha sağlam olduğu barədə informasiyası yoxdur.
2014-cü ilin may-sentyabr aylarında keçirilən tədqiqat, həmçinin Ermənistanda uşaqların 15%-nin artıq çəki və ya piylənmədən əziyyət çəkdiyini göstərib.
"Demographic and Health Survey"in 2010-cu ildə verdiyi məlumata görə, 5 yaşına qədər uşaqların 19%-nin yanlış qidalanma üzündən alçaqboyludur, 8%-i isə rasionda lazımi qida maddələrinin olmaması ucbatından boy və inkişafda geridə qalır.