Ermənistanda tələbələr hərbi xidmətə çağırılacaq

Ermənistan hökuməti həftə ərzində tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə baxacaq.

sabahinfo.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu hökumət aparatının rəhbəri David Harutyunyan deyib.

Onun sözlərinə görə, layihə üzərində iş artıq yekunlaşıb. Yaxın günlərdə məsələ ilə bağlı müzakirələr keçiriləcək.