Evə girib qadını boğdu, oğlunu isə bıçaqladı - Şirvanda

Quldurluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini ələ keçib.


Sabahinfo.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən bildirir ki, ötən gün Şirvan şəhərində yaşayan Mətanət Salahovanın evinə qarət məqsədilə girən naməlum şəxs səs-küyə oyanan ev sahibini boğmağa cəhd göstərib, oğlu Elbrusa bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. 
 

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini İlkin Xanteymurov tutulub.