Türkiyədə Fətullah Gülənin kitabları qadağan edilib. sabahinfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Bakırköy Sülh Cəza Məhkəməsi qərar verib.
Məhkəmənin qərarına əsasən, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən tərəfindən yazılan kitablar, CD, DVD və digər elektron materialların çapı, yayılması və satışına qadağa qoyulub.