Gecə klubunda atışma: - ölənlər var

ABŞ-ın Los Anceles şəhərində gecə klubunda baş vermiş atışma nəticəsində iki nəfər ölüb, 2 nəfər yaralanıb.

 

APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə "Los Angeles Times” məlumat yayıb.

 

İnsident "Xposed Gentlemen's Club”  gecə klubunda baş verib.  

 

İlkin məlumata görə, ölənlər - atəş açan şəxslərdir, yaralananlar isə obyektin mühafizəçiləridir.

 

İnsidentin səbəbləri araşdırılır.