Övlad hər iki valideynini öldürüb.
Sabahifo.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Gədəbəy rayonun Qurudərə kənd sakinləri deyib: "Hadisə saat 4-5 radələrində baş verib. Bu günə kimi Şöhrətlə valideynləri arasında heç bir mübahisə baş verməyib, narazılıqları olmayıb. Münaqişə bir anın içində olub. Və onun nə üstündə yarandığı bəlli deyil. Şöhrət Bakıda yaşayır. Harada qeydiyyatda olduğunu da bilmirik. Bir ay olardı ki, kəndə qonaq gəlmişdi. Atası həmişə oğlundan razılıq edib. Şöhrət heç bir yerdə işləmir, alverlə məşğul olurdu. Bir ara Rusiyada yaşayıb. Şöhrətin valideynləri nəvələri ilə qalırdı. Qızları da tez-tez gəlib gedirdi".
Sakinlər bildirib ki, Şöhrət anasını həyətdəki ağacın dibində öldürüb: "Şöhrət atasını həyətdəki dama aparıb və orada bir neçə yerındən bıçaqlayıb. Onun səsinə anası gəlib. Atasının öldüyünə tam əmin olandan sonra düşünüb ki, anası bunu görüb. Hadisənin ört-basdır olunması üçün anasını da öldürmək qərarına gəlib. Axtaranda anasını həyətdəki iri ağacın arxasında tapıb. Elə oradaca anasını da bıçaqlayıb. Onun da öldüyünü biləndə hadisə yerindən qaçıb".
Qeyd edək ki, Gədəbəydə qətl hadisəsi baş verib. Rayonun Qurudərə kənd sakini 55 yaşlı Şöhrət Məsimov ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib.