Gürcüstandan Türkiyəyə təşəkkür məktubu

Gürcüstan parlamenti ölkənin NATO-ya üzv olması yolunda verilən dəstəkdən dolayı Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinə təşəkkür məktubu ünvanlayıb.

 

sabahinfo.az  xəbər verir ki, təşəkkür mətnini Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Tepo Caparidze və Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Berdzeneşvili imzalayıblar.

 

"Gürcüstan müstəqilliyini qazandığı ilk gündən bəri silahlı qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması istiqamətində Türkiyənin dəstəyini hiss edib. Gürcüstan-Türkiyə münasibətləri bölgənin sabitliyi rolunda önəmli faktor olmaqla yanaşı, heç bir zaman üçüncü ölkəyə də təhlükə törətməyib. Bizə verilən dəstəkdən dolayı həmkarlarımıza öz təşəkkürümüzü bildirməyimizi istərdik”, - mətndə bildirilib.