Gürcüstanın baş naziri: Seçkilərdə azərbaycanlı namizədlərin qələbəsinə əminəm

"Parlament seçkilərində deputatlığa namizədliyini vermiş azərbaycanlı vətəndaşlarımızın seçiləcəyinə mənim heç bir şübhəm yoxdur. Onlar bu seçkilərdə qalib gələcəklər".

Sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili  "Gürcü Arzusu-Demokratik Gürcüstan" tərəfindən parlament seçkilərində  azərbaycanlı namizədlər haqqında bildirib.

O, açıqlamasında azərbaycanlı namizədlərin peşəkar olduqlarını, yerli problemləri dərindən bildiklərini bildirib: "Bizim bu namizədlərin qalib gələcəyinə heç bir şübhəmiz yoxdur", - deyə baş nazir qeyd edib.

Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilərdə iştirak etmək üçün "Gürcü Arzusu-Demokratik Gürcüstan"-dan Qardabanidən Savalan Mirzəyev və Marneulidən Ruslan Hacıyev və digər şəxslər namizədliyini irəli sürüblər.

Xatırladaq ki, Gürcüstanda parlament  seçkiləri oktyabrın 8-də keçiriləcək