2018-ci ildə dünya çempionatının seçmə qrup mərhələsinin Kipr - Cəbəllüttariq oyununu idarə edəcək azərbaycanlı hakimlər briqadasının tərkibi müəyyənləşib.
sabahinfo.Az xəbər verir ki, bu barədə Report-a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Onun sözlərinə görə, baş hakim Əliyar Ağayevə Zeynal Zeynalov vəRza Məmmədov yan xətt hakimləri qismində kömək edəcəklər. Oyunun dördüncü hakimi Orxan Məmmədov olacaq. Azərbaycanlı hakimlərin işinə maltalı hakim-inspektor qiymət verəcək.
Hakimlər noyabrın 12-də Kiprə yola düşəcək.
Ə.Ağayev DÇ-nin seçmə qrup mərhələsinə təyinat alan 3-cü azərbaycanlı hakimdir. Müstəqillikdən bu yana Xaqani Məmmədov seçmə qrup mərhələsinin 3, Anar Salmanov isə 1 oyununa təyinat alıb.
Qeyd edək ki, noyabrın 13-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.