Həmsədrlərin xarici işlər nazirləri ilə görüş vaxtı məlum olub

"Biz ümid edirik ki, prezidentlərin görüşünün yeri və tarixi tez bir zamanda təsdiq olunacaq”.


Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, eyni zamanda hәmsәdrlәr vә xarici işlәr nazirlәri prezidentlәrin görüşü vә onun gündәliyinin tәşkili üzәrindә işlәmәkdә davam edirlәr.


Həmsədr ATƏT Xarici İşlər Nazirləri (XİN) Şurasının Belqradda keçiriləcək toplantısına qatılacaqlarını da bildirib: "Hәr il hәmsәdrlәr ATӘT Nazirlәr Şurasının iclasına qatılırlar, bu il dә belә olacaq. Biz münaqişə tәrәflәri, hәmçinin sülh prosesinin irәli getmәsində maraqlı olan digәr tәrәflәr də daxil olmaqla, bir neçә görüş keçirәcәyik”.


Qeyd edək ki, ATƏT XİN Şurasının növbəti toplantısı Serbiya paytaxtında dekabrın 3-4-də keçiriləcək.