Hindistanın Racastan ştatında hərbi təyyarə yaşayış evlərinin üzərinə düşüb.
Sabahinfo.az anspress-ə istinadən bildirir ki, "MİQ-27" təyyarəsinin pilotları qəzadan əvvəl təyyarəni tərk edə bilsələr də yerli sakinlər arasında xəsarət alanlar olub.
Hadisə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-27" təyyarəsi təlim uçuşları həyata keçirərkən havaya qalxdıqdan az sonra baş verib. Qəza nəticəsində bir neçə ev yararsız hala düşüb.
Ötən il analoji hadisə Hindistanın Alipurduara şəhəri yaxınlığında baş verib. Hərbi təyyarənin şəhərə düşməsi nəticəsində 2 yerli sakin həlak olsa da pilotlar qəzadan sağ çıxa biliblər.
Ötən ilin hesabalamalarına görə, 2011-2014-cü illərdə Hindistan Hərbi-Hava Qüvvələri qəzalar nəticəsində 30 təyyarə və helikopter itirib. Buna əsas səbəb kimi insan faktoru və təyyarələrin texniki nasazlığı göstərilir.