Fransa hökumətinin yeni iş qanununu parlamentin müzakirəsinə təqdim etməsi ölkədəki etiraz aksiyalarını daha da alovlandırıb.
Sabahinfo.az bildirir ki, hökumətin geri addım atmamasından qəzəblənən kütlə, paytaxt Paris başda olmaqla ölkənin bir sıra şəhərlərində küçələrə axışıb. Narazı insanlar aksiyalar təşkil edərək, qərarın ləğvi üçün sona qədər mübarizə aparacaqlarını bəyan ediblər.
Parisdə təşkil olunan nümayiş zamanı asayiş keşikçiləri ilə aksiyaçılar arasında toqquşmalar da baş verib.
Polisin məlumatına görə, qarşıdurma zamanı azı 15 təhlükəsizlik əməkdaşı xəsarət alıb, 87 aksiyaçı isə saxlanılıb. Onlar dindirildikdən sonra sərbəst buraxılıb.