Prezident İlham Əliyev daha bir neçə teatra pul ayırıb.
Sabahinfo.az AzərTAc-a istinadən məlumat verir ki, ölkə başçısının bununla bağlı imzaladığı sərəncama görə, Azərbaycan Dövlət "Yuğ” Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Qax rayonu Gürcü Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Salyan Dövlət Kukla Teatrının hər birinə 100 min min manat vəsait ayrılıb.