İran parlamenti prezident Həsən Ruhaninin nazir postları üçün təqdim etdiyi şəxslərin namizədliklərini təsdiq edib.
Trend-in İRİN agentliyinə istinadən verdiyi məlumata görə, ötən ay prezident H.RuhaniRza Salehi-Əmiri, Məsud Sultanifar vəFəxrəddin Əhmədi Daniş-Aştianinin müvafiq olaraq gənclər və idman naziri, mədəniyyət və islami irşad naziri və təhsil naziri vəzifələrinə namizədliklərini parlamentə təqdim etmişdi.
Qeyd edək ki, əvvəlki nazirlər ölkə nazirlər kabinetində baş verə biləcək dəyişikliklər barədə yayılan məlumatlar fonunda istefa vermişdi.