İraqda yüzdən çox azərbaycanlı qadın və uşaq var

"İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarlaXarici İşlər Nazirliyiilə bərabər Daxili İşlər Nazirliyi,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsiməşğuldur”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziriElmar Məmmədyarovbildirib.E. Məmmədyarov deyib ki, ilk növbədəİraqhökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq: "Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir.

Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə, götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək".

Qeyd edək ki, bir müddət əvvəl Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan 2 yaşlı Xədicə və 4 yaşlı Abdulla Bağdad sığınacağına yerləşdirilib. Uşaqların İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin apardığı barədə məlumatlar yayılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb.

Bir müddət əvvəl Abdulla Azərbaycana gətirilərək, babasına təhvil verilib.