İŞİD terror təşkilatı kölə qadınları internet üzərindən satmağa başlayıb.
sabahinfo.az xəbər verir ki, "Facebook” üzərindən paylaşılan statusda, "Kölə almağı düşünən bütün qardaşlara səslənirik: Bu kölə 8 min dollardır", - deyə yazılıb.
Statusdakı fotoşəkildə görünən gənc qadının üzü qapalıdır.
İnsan Haqqları İzləmə Mərkəzinin son açıqlamasında qeyd olunur ki, terror təşkilatının əlində 1800 qadın var.