Özbəkistanda keçirilən prezident seçkisində Şövkət Mirzəyev qalib gəlib. Sabahinfo.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu ölkə Mərkəzi Seçki Komissiyasının sədri bildirib.
Məlumatda deyilir ki, Şövkət Mirzəyev 88,61 faiz səs toplayıb.
Xatırladaq ki, Ş.Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası, parlamentin Aşağı Palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.
Xatırladaq ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində vəfat edib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirzəyev yerinə yetirir.